...

Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilərin keçiriləcəyi günlər bəlli oldu

Siyasət Materials 23 Fevral 2013 11:48 (UTC +04:00)
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) yerli özünüidarəetmə orqanlarına növbəti seçkilərin keçirilmə vaxtlarını təsdiq edib.
Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilərin keçiriləcəyi günlər bəlli oldu

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) yerli özünüidarəetmə orqanlarına növbəti seçkilərin keçirilmə vaxtlarını təsdiq edib. Bu barədə Trend şənbə günü Ermənistan KİV-ə istinadən məlumat verir.

MSK-nın məlumatına görə, yerli özünüidarəetmə orqanlarına seçkilər cari il mayın 26-da, noyabrın 17-də və dekabrın 8-də keçiriləcək.

MSK, həmçinin 2013-cü il mayın 5-nə təyin edilən Yerevan Ağsaqqallar Şurasına seçkilərin əsas tədbirlər və hazırlıq qrafikini təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti