...

Malidəki hərbi əməliyyatlar final mərhələsindədir

Siyasət Materials 24 Fevral 2013 10:29 (UTC +04:00)
Fransız hərbçilərinin Malinin şimalında keçirdikləri hərbi əməliyyatlar final mərhələsindədir. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Fransanın prezidenti Fransua Olland deyib
Malidəki hərbi əməliyyatlar final mərhələsindədir

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Fransız hərbçilərinin Malinin şimalında keçirdikləri hərbi əməliyyatlar final mərhələsindədir. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Fransanın prezidenti Fransua Olland deyib.

Onun sözlərinə görə, hazırda əməliyyatlar Əlcəzairlə sərhəddə, Malinin şimalında yerləşən İfoqas dağ massivində gedir.

"Bu, əməliyyatların final mərhələsidir, çünki, terrorçular məhz, İfoqas dağlarında formalaşırlar. Bizim Çaddan olan dostlarımız dünən ciddi itkilərə səbəb olan əməliyyatlara başlayıb. Mən Çad respublikasına öz minnətdarlığımı bildirirəm" - deyə Olland söyləyib.

Xatırladaq ki, fevralın 22-də Malidə Çadın 13 hərbçisi həlak olub.

2013-cü ilin yanvar ayının 11-dən Malidə keçirilən hərbi əməliyyatlarda 4 minədək fransız hərbçisi iştirak edir. Fransa aviasiyasının zərbələri nəticəsində Malinin və QADİC-in ordusu Qao, Timbuktu və Kidalya şəhərlərindən terrorçuların çıxarılmasına nail olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti