...

Ermənistan XİN: Yerevan Ankara ilə danışıqlar aparmır

Siyasət Materials 25 Fevral 2013 11:34 (UTC +04:00)
Ermənistan XİN Türkiyə ilə hər hansı bir danışıqların aparıldığını inkar edir. Trend-in məlumatına görə, bu barədə "Armenian Report" xəbər verir.
Ermənistan XİN: Yerevan Ankara ilə danışıqlar aparmır

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Ermənistan XİN Türkiyə ilə hər hansı bir danışıqların aparıldığını inkar edir. Trend-in məlumatına görə, bu barədə "Armenian Report" xəbər verir.

"Ermənistan, Türkiyə ilə hər hansı bir formatda danışıqlar aparmır". Bunu Ermənistan XİN-nin mətbuat rəhbəri Tiqran Balayan "Hürriyet Daily News"da nəşr olunan yazını"Novosti Armaniya"nın müxbirinə şərh edərkən bildirib.

Məqalədə Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyişin baş verəcəyi zaman Yerevana regional layihələrdə iştirakın təklif olunduğu bildirillir. Bu təklifinATƏT-in Minsk qrupuna göndərildiyi qeyd olunub.

Qəzetin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, bununla da rəsmi Ankara ATƏT-in Minsk qrupuna təsir etmək istəyir.

"Biz 2012-ci ilin noyabrında ATƏT-in Minsk qrupuna nəqiliyyat dəhlizlərinin yaradılmasına dair hazır layihələr təqdim etmişik. Bu layihə sülh şəratində, Ermənistanın, Dağlıq Qarabağın ətrafında olan 7 rayonun azad edilməsi halda həyata keçirilə bilər. Biz Türkiyə-Ermənistan, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin tam normallaşmasını təklif edirik", - "Hürriyet Daily News"un bir müddət əvvəl verdiyi məlumatda bildirilib.
Nəşrin məlumatına görə, təklif olunan layihə 2 mərhələdən ibarət olub: Türkiyə, Ermənistan, Azərbaycan və Rusiya arasında istifadə olunayan dəmir yol xəttlərinin bərpası və bu sahədə yeni infrasturukturun yaradılması.

"Bakı-Tibilisi-Qars dəmir yolu layihəsi bu ilin sonunda yekunlaşacaq, Türkiyə-Ermənistan arasında olan dəmir yolu xəttləri isə kiçik bərpa işlərindən sonra yenidən açıla bilər",- qəzet yazır.

Qəzet yazır ki, layihənin ikinci mərhələsində isə region ölkələri, Avropa və Asiya arasında əlaqələrin yaradılması nəzərdə tutulub. "London və Pekin arasında nəqiliyyat dəhlizi "Mərmərə" və Baki-Tibilisi-Qars dəmir yolu layihələrinin bitməsi ilə mümkün olacaq.

Bu arada regionda siyasi vəziyyətin normallaşması Ermənistanın bu strateji layihəyə qoşulmasını mümkün edəcək", - qəzet layihəyə yaxın olan mənbələrə istinadən yazır.
Türkiyə qəzetinin mənbələrinin verdiyi məlumata görə, Türkiyə layihə haqqında rəsmi Bakını məlumatlandırıb. "Biz aydın anlatmışıq ki, bu layihə yalnız Ermənistanın sülhə addım atmasından sonra reallaşdırıla bilər", - qəzet azərbaycanlı mənbələrə istinadən qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti