...

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktorunu qəbul edib

Siyasət Materials 25 Fevral 2013 16:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralini qəbul edib.
Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktorunu qəbul edib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralini qəbul edib.

Azərbaycanın ilk süni peykinin orbitə buraxılması münasibətilə dövlətimizin başçısını təbrik edən Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Kerali bunun ölkəmiz üçün çox böyük hadisə olduğunu vurğuladı. Henri Kerali ölkəmizdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlamasını da yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı informasiya-kommunikasiya texnologiyaları və eləcə də vətəndaşlara nümunəvi sosial xidmət göstərilməsi sahələrində ölkəmizdə görülən işlərin ardıcıl olaraq həyata keçiriləcəyini bildirdi.

Görüşdə Dünya Bankı ilə ölkəmizdə, xüsusilə regionlarda həyata keçirilən birgə layihələrin önəmi vurğulandı, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti