...

Türkiyə müxalifəti ölkə parlamentini Xocalı soyqırımını tanımağa çağırıb

Siyasət Materials 25 Fevral 2013 17:37 (UTC +04:00)
Türkiyə parlamenti ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımını tanımalıdır.
Türkiyə müxalifəti ölkə parlamentini Xocalı soyqırımını tanımağa çağırıb

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyə parlamenti ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımını tanımalıdır. Trend-in bazar ertəsi "Bugün" onlayn qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə müxalif Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputat Rəşad Doğru deyib.

"Əvvəllər Xocalıda 11 min azərbaycanlı yaşayırdı. Hazırda orada bir azərbaycanlı belə yoxdur. Onlar haradadır?" - Doğru bildirib.

O, həmçinin qeyd edib ki, Xocalı soyqırımı müasir tarixin ən qəddar hadisələrindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti