...

Azərbaycan Prezidenti Küveyt Əmirini və Vəliəhdini təbrik edib

Siyasət Materials 25 Fevral 2013 18:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Küveyt Əmirini və Vəliəhdini təbrik edib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.

"Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha möhkəm cansağlığı, işlərində uğurlar, dost Küveyt xalqına sülh və firavanlıq arzulayıb.

Azərbaycan Prezidenti, həmçinin Küveyt Dövlətinin Vəliəhdi Şahzadə şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.

"Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına əmin-amanlıq və rifah diləyirəm", - təbrikdə qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti