...

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak ediblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 26 Fevral 2013 11:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xətai rayonunda ucaldılan Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak ediblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:12-də yayılıb)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir M.Əliyev/

Fevralın 26-da Prezident İlham Əliyev Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak edib.

Faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.

Sonra Prezident İlham Əliyevə abidənin ucaldığı parkda aparılmış yenidənqurma işləri haqqında məlumat verildi.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.

Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti