...

Lavrov Kerri ilə keçirdiyi görüşü konstruktiv adlandırıb

Siyasət Materials 27 Fevral 2013 01:07 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə Berlində keçirdiyi görüşün nəticələrini qənaətbəxş qiymətləndirib.
Lavrov Kerri ilə keçirdiyi görüşü konstruktiv adlandırıb

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə Berlində keçirdiyi görüşün nəticələrini qənaətbəxş qiymətləndirib. Trend-in RİA Novostiyə istinadən verdiyi xəbərdə deyilir ki, bu, Con Kerrinin ABŞ-ın dövlət katibi seçilməsindən sonra iki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin ilk görüşüdür.

Məlumatda bildirilir ki, Lavrov və Kerri həllə ikincinin senator olduğu illərdən tanışdırlar.

"Məncə, danışıqlar konstruktivdir. Mən hiss etdim ki, həmkarım Con Kerri bizim münasibətlərimizə xələl gətirə biləcək məsələlərə göz yummadan əlaqələrimizin tərəfdaş ruhunda inkişaf etdirilməsində maraqlıdır" - deyə Lavrov əlavə edib.

Lavrov deyib ki, Kerri bütün istiqamətlər üzrə konstruktiv rol oynayacağına çalışacaq.

Rusiya-ABŞ münasibətlərinə xələl gətirə biləcək məsələlərdən danışan Lavrov söyləyib ki, bu sırada yaxınlarda ABŞ-da qəbul edilmiş "Maqnitski qanunu", həmçinin, rusiyalı uşaqların övladlığa götürülməsi kimi problemlər var.

Bununla yanaşı, Lavrov bildirib ki, Moskva ilə Vaşinqtoqnun maraqlı üst-üstə düşəndə tərəflər irəli getmək əzmində olacaq.

"Bu konteksdə "Ərəb baharı" adlanan vəziyyət müzakirə edilib. Bura isə Suriyada və qonşu dövlətlərdə gedən proseslər, həmçinin, İranın nüvə proqramı, Koreyanın nüvə problemi, Əfqanıstan, Yaxın Şərq daxildir" - deyə Lavrov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti