...

Roma papası sonuncu müraciətini edəcək

Siyasət Materials 27 Fevral 2013 02:33 (UTC +04:00)
Roma papası XVI Benedikt bu gün Vatikanda 200 min insanın qarşısında sonuncu müraciətini edəcək.
Roma papası sonuncu müraciətini edəcək

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Roma papası XVI Benedikt bu gün Vatikanda 200 min insanın qarşısında sonuncu müraciətini edəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, papa istefa ilə bağlı qərarını fevralın 11-də verib.

Məlumatda deyilir ki, XVI Benedikt fevralın 28-də saat 17:00 radələrində Vatikanı tərk edəcək və papanın yay igamətgahı Kastelqandolfa gedəcək. Prestola yeni papanın seçilməsi prosesinə isə həmin gün start veriləcək.

Qeyd edək ki, pontifik sonuncu müraciətindən sonra "Fəxri papa" və ya "Romanın fəxri pontifiki" titulunu alacaq və özünün papa adını saxlayacaq.

Xəbər lenti

Xəbər lenti