...

Senat Heygeli müdafiə naziri postuna təsdiqlədi

Siyasət Materials 27 Fevral 2013 02:52 (UTC +04:00)
ABŞ Konqresinin Senatı Çak Heygeli müdafiə naziri postuna təsdiqləyib. Trend-in İTAR-TASS-a istinadən yaydığı məlumatda deyilir ki, səsvermədə 58 nəfər yeni nazirin lehinə, 41 nəfər isə əleyhinə səs verib.
Senat Heygeli müdafiə naziri postuna təsdiqlədi

Azərbaycan, Bakı, 27 fevral /Trend/

ABŞ Konqresinin Senatı Çak Heygeli müdafiə naziri postuna təsdiqləyib. Trend-in İTAR-TASS-a istinadən yaydığı məlumatda deyilir ki, səsvermədə 58 nəfər yeni nazirin lehinə, 41 nəfər isə əleyhinə səs verib.

Məlumatda bildirilir ki, hələ bu günə qədər prezident Barak Obamanın irəli sürdüyü namizədlərin təsdiqlənməsi bu qədər çətin olmayıb.

Qeyd edək ki, ABŞ tarixində ilk dəfə olaraq, müdafiə naziri keçmiş siravi və zabit hərbi qulluqçular heyətindən olub.

Heygel ABŞ quru qoşunlarında xidmət edən hərbçi kimi Vyetnamda iki dəfə yaralanıb, 1968-si ildə isə ordudan tərxis edilib.

Xəbər lenti

Xəbər lenti