...

Malidə 430 min insan evsiz qalıb

Siyasət Materials 27 Fevral 2013 04:48 (UTC +04:00)
BMT-nin məlumatına görə, Malidə baş vermiş böhran nəticəsində 430 min insan evsiz qalıb.
Malidə 430 min insan evsiz qalıb

Azərbaycan, Bakı, 27 fevral /Trend/

BMT-nin məlumatına görə, Malidə baş vermiş böhran nəticəsində 430 min insan evsiz qalıb. Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Malidə başlanmış müharibə günündən hazırki vaxtadək 170 mindən çox insan qonşu ölkələrə qaçıb, 260 min nəfər isə evindən qaçmaq məcburiyyətində qalıb. Beləliklə də, Malidə 430 mindən çox insan evindən olub.

Bununla yanaşı, Malinin şimalında 585 min insan qida problemi ilə qarşılaşıb. BMT rəsmilərinin sözlərinə görə, həmin bölgəyə yardımın göndərilməsi üçün 153 milyon dollar lazımdır.

Malidə baş vermiş müharibə nəticəsində isə ən çox əziyyət çəkən uşaqlar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti