...

TBMM-də Xocalı soyqırımı ilə bağlı bəyanatlar səsləndirilib

Siyasət Materials 27 Fevral 2013 05:22 (UTC +04:00)
Fevralın 26-da AKP millət vəkili Necdet Ünüvar, MHP millət vəkili Sinan Oğan və CHP millət məkili Ali Özgündüz TBMM-nin iclasında Xocalı soyqırımı ilə bağlı bəyanatlar səsləndiriblər.
TBMM-də Xocalı soyqırımı ilə bağlı bəyanatlar səsləndirilib

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Fevralın 26-da AKP millət vəkili Necdet Ünüvar, MHP millət vəkili Sinan Oğan və CHP millət məkili Ali Özgündüz TBMM-nin iclasında Xocalı soyqırımı ilə bağlı bəyanatlar səsləndiriblər.

Azərbaycan Respublikasının Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, qeyd olunan bəyanatlarda Ermənistanın işğalçı və hüquq tanımaz siyasəti şiddətlə pislənir və TBMM-də Xocalı soyqırımının tanınması tələb olunur.

Bununla yanaşı, TBMM Xarici Əlaqələr Komissiyasının sədri, AKP-dən olan millət vəkili Volkan Bozkır da Xocalı qətli ilə bağlı bir bəyanat verib.

Bəyanatda 1992-ci ildə Xocalıda baş vermiş hadisələrdən əsaslı bəhs olunaraq, Azərbaycana dəstək dilə gətirilir və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi tələb olunur.

Bəyanatda, həmçinin, beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına lazımi diqqəti göstərməsinin vacibliyi də vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti