...

İran Prezidenti Türkmənistan və Tacikistana səfər edəcək

Siyasət Materials 27 Fevral 2013 13:53 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad martın 21-də Türkmənistana səfər edəcək.
İran Prezidenti Türkmənistan və Tacikistana səfər edəcək

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir T. Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad martın 21-də Türkmənistana səfər edəcək. Trend IRNA agentliyinə istinadən məlumat verir ki, bunu Əhmədinejad özü bu gün jurnalistlərə deyib.

Əhmədinejad bildirib ki, bu səfər Novruz bayramı şənliklərində iştirak etmək məqsədilə baş tutacaq.

O, Türkmənistanda bayram şənliklərində iştirak etdikdən sonra Tacikistana da səfər edəcəyini açıqlayıb.

Məlumata əsasən, Əhməadinejad Türkmənistan və Tacikistanda bir sıra görüşlər keçiriləcək və ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti