...

Xarici İşlər Nazirliyi Fransada Azərbaycan vətəndaşlarına qarşı zorakılığı pisləyir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 Fevral 2013 16:42 (UTC +04:00)
Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına qarşı törədilmiş zorakılığı pisləyərək, baş vermiş hadisəyə Fransa Respublikasının müvafiq qurumları tərəfindən münasibət bildiriləcəyinə və cinayətin bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən operativ şəkildə araşdırılaraq, cinayətkarların məsuliyyətə cəlb olunacağına inanır.
Xarici İşlər Nazirliyi Fransada Azərbaycan vətəndaşlarına qarşı zorakılığı pisləyir (ƏLAVƏ OLUNUB)

Azərbaycanın Fransadakı səfirliyinin bəyanatı əlavə olunub (ilk xəbər saat 15:47-də yayılıb)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına qarşı törədilmiş zorakılığı pisləyərək, baş vermiş hadisəyə Fransa Respublikasının müvafiq qurumları tərəfindən münasibət bildiriləcəyinə və cinayətin bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən operativ şəkildə araşdırılaraq, cinayətkarların məsuliyyətə cəlb olunacağına inanır. Bu barədə Trend Xarici İşlər Nazirliyinin rəsmi saytlna istinadən xəbəer verir.

Qeyd edək ki, fevralın 26 tarixində Fransa Milli Assambleyasının binasında erməni diaspor təşkilatlarının keçirdiyi tədbir çərçivəsində Parisdəki "Azərbaycan Evi"nin rəhbəri Mirvari Fətəliyeva və bu ölkədə təhsil alan azərbaycanlı Vüsal Hüseynov erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb. Fransa Milli Assambleyasının üzvlərinin gözləri qarşısında baş vermiş hadisəyə onlar tərəfindən heç bir müdaxilə edilməyib.

Xaricdəki erməni lobbisi və onların havadarları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı zorakılığa yol verilməsi bir daha təsdiqləyir ki, Azərbaycan tərəfinin münaqişə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırması istiqamətindəki fəaliyyəti onlarda dərin narahatlıq doğurur. Bu kimi zorakılıq hallarına baxmayaraq, Azərbaycanın xaricdəki diplomatik missiyaları və diaspor təşkilatları, Ermənistan tərəfindən xalqımıza qarşı törədilmiş faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyətini bundan sonra da davam etdirəcək.

Azərbaycan səfirliyi bu gün Fransa Xarici İşlər Nazirliyinə (XİN) Parisdə Milli Assambleyanın binasında Azərbaycan diaspоrunun üzvlərinin ermənilər və fransız deputat tərəfindən döyülməsi faktı ilə bağlı etiraz notası təqdim edib.

"Biz erməni diasporunun fəalları və Fransanın simvolu olan parlamentin nümayəndəsi tərəfindən törədilən bu kobud və zorakı hadisəni pisləyirik. Biz Fransa dövlətindən və Fransa Milli Assambleyasının sədrindən bu hadisəyə adekvat münasibət gözləyirik. Tamamilə əminik ki, belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün bu hərəkəti törədənlərin şəxsiyyəti müəyyən ediləcək və onlar qanun qarşısında cavab verəcəklər", - səfirliyin çərşənbə günü yaydığı bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti