...

Fransa Milli Assambleyasında azərbaycanlıların döyülməsi faktını qınayan bəyanatla bağlı imza toplanılır

Siyasət Materials 27 Fevral 2013 18:04 (UTC +04:00)
Fransa Milli Assambleyasında dünən assambleyanın binasında iki azərbaycanlının döyülməsi ilə əlaqədar insidenti qınayan bəyanatla bağlı imza toplanılır.
Fransa Milli Assambleyasında azərbaycanlıların döyülməsi faktını qınayan bəyanatla bağlı imza toplanılır

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir S.Ağayeva/

Fransa Milli Assambleyasında dünən assambleyanın binasında iki azərbaycanlının döyülməsi ilə əlaqədar insidenti qınayan bəyanatla bağlı imza toplanılır. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov deyib.

İmzatoplama assambleyada Azərbaycanın dostları tərəfindən təşkil edilib.

"Hazırda parlament və icra hakimiyyəti tərəfindən baş vermiş hadisələrin qiymətləndirilməsinə çalışırıq", - səfir bildirib.

Diplomatın sözlərinə görə, Azərbaycan tərəfi bununla kifayətlənmək niyyətində deyil və günahkarların məsuliyyətə cəlb edilməsinə çalışacaq.

Səfirlik, həmçinin Fransa XİN tərəfindən rəsmi reaksiya gözləyir.

"Düşünürəm ki, sabah XİN-in reaksiyasını əldə edəcəyik", - diplomat deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti