...

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi qeyd olunacaq

Siyasət Materials 1 Mart 2013 18:57 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi qeyd olunacaq

Azərbaycan, Bakı, 1 mart /Trend/

Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Təhsil Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illiyi tamam olur. Bu nüfuzlu ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövr ərzində zəngin inkişaf yolu keçib və hazırda geniş ixtisas şəbəkəsinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti