...

Rusiya İranla "altılığın" apardığı danışıqlarda inkişafa ümid edir

Siyasət Materials 6 Mart 2013 23:27 (UTC +04:00)
Rusiya hesab edir ki, İranla "altılığın" nüvə proqramına görə, gələcəkdə aparacağı danışıqlar uğurla nəticələnəcək.
Rusiya İranla "altılığın" apardığı danışıqlarda inkişafa ümid edir

Azərbaycan, Bakı, 6 mart /Trend/

Rusiya hesab edir ki, İranla "altılığın" nüvə proqramına görə, gələcəkdə aparacağı danışıqlar uğurla nəticələnəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin deyib.

İranla "altılığın" nüvə proqramına görə martın 17-18-də İstambulda ekspertlər səviyyəsində məsləhətləşmələr olacaq. Növbəti görüş isə 5-6 aprel tarixlərində baş tutucaq.

"Ümid edirik ki, yaxın zamanlarda İranla "altılığın" aparacağı danışıqlarda tərəqqi olacaq və bu da mövqeləri yaxınlaşdıracaq" - deyə Çurkin əlavə edib.

Diplomat bildirib ki, Rusiya İranın dinc nüvə proqramını inkişaf etdirməsinə, həmçinin, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hərtərəfli və etibarlı nəzarətinin təmin edilməsindən sonra uranın zənginləşdirilməsinə də tərəfdardır.

"Rusiya İranın nüvə proqramı probleminin nizamlanması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır" - deyə Çurkin bildirib.

Xəbər lenti

Xəbər lenti