...

Venesuelada prezident seçkilərində müxalifətin namizədi qismində Kapriles iştirak edəcək

Siyasət Materials 10 Mart 2013 03:55 (UTC +04:00)
Venesuela müxalifəti aprelin 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Enrike Kaprilesin namizədliyini rəsmi olaraq, irəli sürüb.
Venesuelada prezident seçkilərində müxalifətin namizədi qismində Kapriles iştirak edəcək

Azərbaycan, Bakı, 10 mart /Trend/

Venesuela müxalifəti aprelin 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Enrike Kaprilesin namizədliyini rəsmi olaraq, irəli sürüb. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, 40 yaşlı E.Kapriles Miranda vilayətinin qubernatorudur və "Hər şeydən öncə ədalət" partiyasının üzvüdür.

О, 2012-ci ildə keçirilmiş seçkilərdə Uqo Çavesə məğlub olub.

E.Kaprilesin rəqibi isə vitse-prezident, Uqo Çavesin rəsmi varisi Nikolas Maduro olacaq.

Sonuncu dəfə keçirilmiş sosioloji sorğunun nəticəsinə görə, Maduraya 50 faiz, Kaprilesə isə 36 faiz venesuelalı səs verməyə hazırdır.

Qeyd edək ki, Milli seçki şurası Venesuelada növbədən kənar prezident seçkilərinin aprel ayının 14-də keçirilməsi haqqında qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti