...

Türkiyə XİN: Şarl Aznavurun Türkiyənin baş nazirinin ünvanına səsləndirdiyi fikirlər əsassızdır

Siyasət Materials 1 Aprel 2013 11:16 (UTC +04:00)
Ermənistanın İsveçrə, BMT və YUNESKO-dakı səfiri Şarl Aznavurun "Baş nazir Rəcəb Tayyib Ərdoğan ermənilərə və yunanlara nifrət etməsi" barədə bəyanatı həqiqətə uyğun deyil.
Türkiyə XİN: Şarl Aznavurun Türkiyənin baş nazirinin ünvanına səsləndirdiyi fikirlər əsassızdır

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir A.Tağıyeva/

Ermənistanın İsveçrə, BMT və YUNESKO-dakı səfiri Şarl Aznavurun baş nazir Rəcəb Tayyib Ərdoğanın "ermənilərə və yunanlara nifrət etməsi" barədə bəyanatı həqiqətə uyğun deyil.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan xəbərdə bildirilir.

Məlumatda, həmçinin Türkiyənin Aznavurun Türkiyə-Ermənistan münasibətlərinin normmallaşmasında göstərdiyi səyləri dəstəklədiyi bildirilir.

"Baxmayaraq ki, biz Aznavurun təklif etdiyi təşəbbüsün bəzi müddəları ilə razı deyilik, rəsmi Ankara tarixi faktların üzə çıxarılması üçün tərəflər arasında birbaşa dioluqun başlanması məsləhətini dəstəkləyir", - XİN-in məlumatında qeyd olunur.

Məlumatda Şarl Aznavurun bir müddət əvvəl "Türkəyinin baş nazirinin ermənilərə və yunanlara nifrət edir" sözləri xatırlanır. Həmçinin, Aznavurun tərəfləri dialoqa səsləməsi və Türkiyə - Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair verdiyi məsləhətlər qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti