...

KXDR özünü "tamhüquqlu nüvə dövləti" elan edib

Siyasət Materials 2 Aprel 2013 00:30 (UTC +04:00)
KXDR Ali Xalq Yığıncağının deputatları nüvə arsenalının ölkənin müdafiəsində mühüm rol oynaması haqqında qanun qəbul edib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, deputatlar bildiriblər ki, ölkənin nüvə silahları qanunda öz əksini tapmalıdır.
KXDR özünü "tamhüquqlu nüvə dövləti" elan edib

Azərbaycan, Bakı, 2 aprel /Trend /

KXDR Ali Xalq Yığıncağının deputatları nüvə arsenalının ölkənin müdafiəsində mühüm rol oynaması haqqında qanun qəbul edib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, deputatlar bildiriblər ki, ölkənin nüvə silahları qanunda öz əksini tapmalıdır.

Məlumatda deyilir ki, Ali Xalq Yığıncağının üzvləri KXDR-in nüvə silahlarının keyfiyyət və kəmiyyət baxımından gücləndirilməsini vacib hesab edir.

Deputatların fikrincə, KXDR "tamhüquqlu nüvə dövləti"dir. Bu mənada KXDR düşməni nüvə silahı ilə birdəfəyə məhv etməyə hazır olduğunu göstərir.

Qanunda deyilir ki, KXDR-in nüvə arsenalı yalnız müdafiə üçün istifadə edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti