...

2013-cü ilin martı Suriyada ən qanlı ay olub

Siyasət Materials 2 Aprel 2013 02:42 (UTC +04:00)
2013-cü ilin martı Suriyada ən qanlı ay olub. Trend-in RBK-ya istinadən verdiyi məlumatda deyilir ki, təkcə mart ayı ərzində ölkədə 6 mindən artıq insan həlak olub.
2013-cü ilin martı Suriyada ən qanlı ay olub

Azərbaycan, Bakı, 2 aprel /Trend/

2013-cü ilin martı Suriyada ən qanlı ay olub. Trend-in RBK-ya istinadən verdiyi məlumatda deyilir ki, təkcə mart ayı ərzində ölkədə 6 mindən artıq insan həlak olub.

Suriyanın hüquq-müdafiə təşkilatları bildirirlər ki, ölənlərin üçdə biri dinc insanlardır. O cümlədən, onlardan 300 nəfəri uşaq olub.

Məlumatda deyilir ki, Suriyada müharibə başlandığı dövrdən bu günə qədər rəsmi qeydiyyata alınmış 62 554 nəfər insan həlak olub. Lakin hüquq-müdafiə təşkilatları iddia edirlər ki, ölənlərin real sayı 120 mindən artıqdır.

BMT-nin hesablamalarına görə isə Suriyada 2011-ci ilin mart ayından bu günə qədər 70 mindən çox insan ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti