...

Kennedinin qızı ABŞ-ın Yaponiyada səfiri ola bilər

Siyasət Materials 2 Aprel 2013 03:16 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama ölkənin Yaponiyada yeni səfiri qismində 55 yaşlı Kerolayn Kennedinin namizədliyini nəzərdən keçirir. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Kerolayn Kennedi ABŞ-ın 35-ci prezidentinin qızıdır.
Kennedinin qızı ABŞ-ın Yaponiyada səfiri ola bilər

Azərbaycan, Bakı, 2 aprel /Trend/

ABŞ prezidenti Barak Obama ölkənin Yaponiyada yeni səfiri qismində 55 yaşlı Kerolayn Kennedinin namizədliyini nəzərdən keçirir. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Kerolayn Kennedi ABŞ-ın 35-ci prezidentinin qızıdır.

Əgər Obama qəti qərar versə, yazıçı və hüquqşünas Kerolayn tarixdə ilk dəfə ABŞ-ın Yaponiyadakı qadın səfiri olacaq.

Qeyd edək ki, o, əvvəlcədə Obamanın tərəfdarı olub.

Hazırda ABŞ-ın Yaponiyadakı səfiri Con Rusdur.

Xəbər lenti

Xəbər lenti