...

Bakıda icazəsiz etiraz aksiyasının qarşısı alınıb

Siyasət Materials 2 Aprel 2013 14:34 (UTC +04:00)
Bakı Dövlət Universitetinin 5 nömrəli yataqxanasının sakinləri icazəsiz etiraz aksiyası keçirməyə cəhd ediblər.
Bakıda icazəsiz etiraz aksiyasının qarşısı alınıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakı Dövlət Universitetinin 5 nömrəli yataqxanasının sakinləri icazəsiz etiraz aksiyası keçirməyə cəhd ediblər.

Trend-in məlumatına görə, onlar Mətbuat prospektində yolu bağlamağa cəhd etsələr də, polislər onların qarşısını alıb.

Məcburi köçkünlər etirazlarını yeni tikilən qəsəbədə onlara ev verilməməsi ilə əlaqələndiriblər.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə onların iddialarını əsassız hesab edib. Bildirilib ki, BDU-nun yataqxanasında etiraz edən şəxslər məcburi köçkün olmayan vətəndaşla ailə quran məcburi köçkün qadınlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti