...

Azərbaycanda yeni seçki dairəsi yaradıldı

Siyasət Materials 2 Aprel 2013 16:21 (UTC +04:00)
Trend-in məlumatın görə, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə axşamı keçirilən iclasında qəbul olunub.
Azərbaycanda yeni seçki dairəsi yaradıldı

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Pirallahı seçki dairəsi yaradılıb.

Trend-in məlumatın görə, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə axşamı keçirilən iclasında qəbul olunub.

MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, bununla bağlı 13 saylı Xəzər birinci və 14 saylı Xəzər ikinci seçki dairələrinin adlarında və ərazilərinin tərkibində dəyişikliklər edilib.

Qərara alınıb ki, 13 saylı Xəzər birinci seçki dairəsi müvafiq olaraq 13 saylı Xəzər - Pirallahı, 14 saylı Xəzər ikinci seçki dairəsi isə 14 saylı Xəzər seçki dairəsi adlandırılsın.

İclasda, həmçinin bəzi seçki dairələrinin tərkibində dəyişikliklər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti