...

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə təsdiq edilib

Siyasət Materials 2 Aprel 2013 19:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə təsdiq edilib

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanla, həmçinin "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları" təsdiq edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində Fondun işçilərinin say tərkibini müəyyən etsin və Fondun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin; üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və Azərbaycan Prezidentinə təqdim etsin; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Fondun fəaliyyətinin təşkili məqsədi ilə zəruri tədbirlər görmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti