...

Bişkekdə Ümummilli lider Heydər Əliyevin şərəfinə park salınacaq

Siyasət Materials 3 Aprel 2013 10:19 (UTC +04:00)
Bişkekdə Ümummilli lider Heydər Əliyevin şərəfinə park salınacaq.
Bişkekdə Ümummilli lider Heydər Əliyevin şərəfinə park salınacaq

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Bişkekdə Ümummilli lider Heydər Əliyevin şərəfinə park salınacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkdilli ölkələrin siyasətinə dəstək Fonduna istinadən "QırTAQ" agentliyi xəbər yayıb.

Aprel ayının 10-dan mayın 10-dək Qırğızıstan paytaxtında Heydər Əliyevin 90 illiyi münasibətilə bir sıra tədbirlər keçiriləcək.

"Bişkek meriyası tərəfindən verilən ərazidə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkın bünövrəsinin qoyulması planlaşdırılır", - məlumatda qeyd olunur.

Türkdilli dövlətlərin siyasətinə dəstək Fondunun dəvəti ilə azərbaycanlı millət vəkilləri və alimlərin tədbirlərdə iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti