...

Kanada Azərbaycanla əməkdaşlığını genişləndirmək istəyir

Siyasət Materials 3 Aprel 2013 11:54 (UTC +04:00)
Kanada Azərbaycanla əməkdaşlığını hərtərəfli genişləndirmək niyyətindədir.
Kanada Azərbaycanla əməkdaşlığını genişləndirmək istəyir

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Mehdiyev/

Kanada Azərbaycanla əməkdaşlığını hərtərəfli genişləndirmək niyyətindədir.

Trend xəbər verir ki, bunu Barri Devoli Bakıda jurnaslitlərə açıqlamasında bildirib.

Bu gün Kanada Parlamenti İcmalar Palatası spikerinin müavini, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Barri Devolinin sözlərinə görə, Kanada Azərbaycanla bir neçə sahədə əməkdaşlıq etmək və ticarət dövriiyəsini artırmaq niyyətindədir.

"Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Belə ki, Kanada da enerji istehsal edən ölkədir və Kanadada enerji texnologiyaları istehsal edən şirkətlər mövcuddur. Bundan əlavə, Kanada kənd təsərrüfatı və qida məhsulları istehsalında böyük təcrübəyə malikdir. Bu sahədə də Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindəyik. Həmçinin Kanada Azərbaycanla ticarət dövriyyəsini artırmaq istəyir. Biz Azərbaycnda təhlükəsizlik məsələrlərini, xüsusən də Əfqanıstandakı mövcudluğumuzla bağlı məsələləri müzakirə etmişik",- Devoli açıqlayıb.

Kanada parlamentinin nümayəndə heyəti üzvləri bu gün Fəxri Xiyabanda ümimmilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Həmçinin görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anaraq məzarı üzərinə gül dəstəsi düzüblər. Kanadalı parlamentarilər Şəhidlər Xiyabanını da ziyarət ediblər.

Qeyd edk ki, səfər Azərbaycanın Kanadadakı səfirliyi, Yeni Azərbaycan Partiyası və Milli Məclisin birgə təşkilatçılığı ilə həyata keçirilir. Nümayəndə heyətinə B. Devolindən başqa İcmalar Palatasının üzvü Vladislav Lizon, senatorlar Yona Martin və Salma Atullahcan daxildirlər.

Səfər çərçivəsində nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədov ilə görüş və siyasi partiyalar ilə dəyirmi masa keçirəcəklər. Nümayəndə heyəti Milli Məclisin aprelin 5-də keçiriləcək iclasında da iştirak edəcək. Səfər aprelin 7-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti