...

ABŞ-ın dövlət katibi Türkiyəyə səfər edəcək

Siyasət Materials 3 Aprel 2013 13:28 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Con Kerri Türkiyəyə rəsmi səfərə gələcək.
ABŞ-ın dövlət katibi Türkiyəyə səfər edəcək

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir A.Tağıyeva/

ABŞ-ın dövlət katibi Con Kerri Türkiyəyə rəsmi səfərə gələcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər yayıb.

Səfər ilin sonunda baş tutacaq. Kerrinin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə İstanbulda görüşəcəyi gözlənilir.

Görüş zamanı Yaxın Şərqdəki vəziyyət, Türkiyə-İsrail münasibətləri, İraq və Suriyada siyasi vəziyyət müzakirə olunacaq.

Agentlik bildirir ki, bu, Kerrinin Türkiyəyə ikinci səfəri olacaq. Onun Türkiyəyə ilk səfəri bi ilin mart ayının birində baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti