...

Türkiyənin baş naziri və ABŞ prezidentinin görüşünün vaxtı məlum olub

Siyasət Materials 3 Aprel 2013 14:46 (UTC +04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obamanın görüşü mayın 16-da baş tutacaq.
Türkiyənin baş naziri və ABŞ prezidentinin görüşünün vaxtı məlum olub

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obamanın görüşü mayın 16-da baş tutacaq.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "CNN Türk" telekanalı xəbər yayıb.

Ərdoğanın ABŞ-a səfəri 16-18 may tarixlərinə planlaşıdırılıb.
Görüş zamanı ilk növbədə Türkiyə-İsrail münasibətlərinin, həmçinin, Suriya və İraqdakı vəziyyətin müzakirə olunacağı gözlənilir.

Görüş zamanı Ərdoğanın Obamaya Suriya böhranının həll olunması üçün rəsmi Dəməşqə təzyiqləin artırılmasını təklif edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti