...

Vətəndaşların maraq və ehtiyaclarının təmini Azərbaycan Prezidentinin siyasətinin başlıca prioritetidir

Siyasət Materials 3 Aprel 2013 15:39 (UTC +04:00)
Fevralın 12-də keçirilən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin tapşırığı ilə nazirlərin rayonlara ezam edilməsi ilə bağlı qərar qəbul edildi və aprel ayında hökumət üzvləri tərəfindən rayonlarda vətəndaşların qəbulu günlərinin keçirilməsi barədə qrafik təsdiqləndi və KİV-də yayıldı. Artıq bütün rayonlarda qəbul günləri ilə bağlı məlumatlar var və əhali Prezidentin bu qərarını bəyənir və alqışlayır.
Vətəndaşların maraq və ehtiyaclarının təmini Azərbaycan Prezidentinin siyasətinin başlıca prioritetidir

Arzu Nağıyev - Trend-in icmalçısı

Fevralın 12-də keçirilən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin tapşırığı ilə nazirlərin rayonlara ezam edilməsi ilə bağlı qərar qəbul edildi və aprel ayında hökumət üzvləri tərəfindən rayonlarda vətəndaşların qəbulu günlərinin keçirilməsi barədə qrafik təsdiqləndi və KİV-də yayıldı. Artıq bütün rayonlarda qəbul günləri ilə bağlı məlumatlar var və əhali Prezidentin bu qərarını bəyənir və alqışlayır.

Bundan başqa, Milli Məclisin regionlarda, o cümlədən Gəncə və Şəkidə, Bakının Xəzər rayonunda səyyar iclaslarının keçirilməsi də qərara alınıb.

Prezidentin təşəbbüsünün əsas müsbət məqamları ondan ibarətdir ki, qəbula gələn hər bir vətəndaş öz şəxsi problemlərindən danışmaq imkanı qazanır, müxtəlif suallarla bağlı hökumət üzvlərinin rəyini öyrənə bilir və öz fikirlərini, ideyalarını onlara çatdırmaq imkanı əldə edir.

Bu gün regionlarda əsas problemlər - yolların çəkilməsi, məktəblərin təmiri və tikilməsi, sahibkarlıq fəaliyyəti, kənd təsərrüfatında yeniliklər, korrupsiya ilə mübarizə məsələləri, baş vermiş cinayətlərin tez bir zamanda araşdırılması, məmur özbaşınalığına son qoyulması, güzəştli ipotekaların və kreditlərin verilməsi, təqaüdlərin hesablanması, ordu quruculuğu, işğal olunmuş ərazilərlə bağlı problemlər, dövlət qulluğuna işə götürülmə və s. geniş spektrli məsələlər ön plana çəkilir.

Təcrübə göstərir ki, qəbullar vaxtı vətəndaşları narahat edən bir sıra məsələlər öz həllini yerindəcə tapır və ya qeyd edilərək müvafiq strukturlara göndərilir.

Yəni insanların maraqlarının və ehtiyaclarının təminatı məsələləri onların müxtəlif siyasi və digər qruplara münasibətini şüurlu şəkildə büruzə verən və ictimai rəyin formalaşmasına təsir edən ən başlıca amildir. Şəffaflıq şəraitində keçirilən görüşlər ictimai həyatın aktual məsələləri üzrə də əhalinin fikirləri və sosial-siyasi münasibətlər üzrə mövqeyini ortaya qoyur.

Nəticə kimi demək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu qəbullar müsbət hal kimi qiymətləndirilməlidir və təqdirəlayiqdir. Çünki nazirlərin, ümumiyyətlə, hökumət üzvlərinin əhali ilə birbaşa təmasda olması vətəndaşları narahat edən ən aktual problemlərin həlli üçün ən qısa yoldur və bürokratik əngəllərdən yaxa qurtarmaqdır. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, qəbul ediləcək hər bir qərarda ictimai rəyin nəzərə alınmasına şərait yaranır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti