...

Azərbaycan və Səudiyyə Ərəbistanı sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq etmək niyyətindədirlər

Siyasət Materials 3 Aprel 2013 16:49 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəisi general-leytenant Zümeyyim bin Cuveybur Əs-Səvvatın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Səudiyyə Ərəbistanı sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq etmək niyyətindədirlər

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəisi general-leytenant Zümeyyim bin Cuveybur Əs-Səvvatın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailliyyətlər, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri barədə qonaqlara məlumat verilib. Müzakirələr zamanı sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin yaradılması və inkişafı, qeyri-leqal miqrasiya, narkotik maddələrin qaçaqmalçılığı, transsərhəd cinayətkarlıqla mübarizə haqqında, o cümlədən dəniz sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə, Akademiyasına, Aviasiya dəstəsinə, "Sərhədçi" idman olimpiya mərkəzinə, Xüsusi məktəbinə və digər hərbi hissələrinə səfər edərək xidmət-döyüş fəaliyyətinin təşkili və yaradılmış məişət şəraiti ilə yaxından tanış olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəisi general-leytenant Zümeyyim bin Cuveybur Əs-Səvvatın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyevin dəvəti ilə 1-4 aprel tarixlərində Azərbaycanda səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti