...

Azərbaycanda binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 3 Aprel 2013 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanda binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq 7 milyon manat, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə 5 milyon manat, Gəncə və Sumqayıt Şəhər İcra hakimiyyətlərinin hər birinə 1 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti