...

Kürd Fəhlə Partiyası yaraqlılarının Türkiyə ərazisini tərk etməsinin detalları məlum olub

Siyasət Materials 4 Aprel 2013 10:47 (UTC +04:00)
Kürd Fəhlə Partiyasınının (PKK) ümumi sayı 2,2 min olan yaraqlısının Türkiyə ərzisindən çıxarılması prosesi iyunun 1-də başlayacaq və noyabrın sonuna qədər davam edəcək.
Kürd Fəhlə Partiyası yaraqlılarının Türkiyə ərazisini tərk etməsinin detalları məlum olub

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Tağıyeva/

Kürd Fəhlə Partiyasınının (PKK) ümumi sayı 2,2 min olan yaraqlısının Türkiyə ərzisindən çıxarılması prosesi iyunun 1-də başlayacaq və noyabrın sonuna qədər davam edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Sabah" qəzeti xəbər yayıb.

Məlumuta görə, terrorçuların ölkə ərazisindən çıxarılması üçün bir sıra marşrutlara baxılıb. İlk növbədə, ölkəni Hakkari vilayətində və İran və İraq sərhəddində yerləşən terrorçular tərk edəcəklər. Bu ərazilərdə yerləşən 700-dən artıq terrorçu buranı bir həftə ərzində tərk edərək İraqdakı Kürd Administrasiyasına gedəcəklər.

İkinci mərhələdə terrorçular Hatay, Qazıantep, Qəhramanmaraş, Osmaniyə, Adana və Adıyaman vilayətlərini tərk edəcəklər. 80-ə yaxın terrorçu Türkiyə ərazisini 20 gün ərzində tərk edərək Suriyaya, oradan isə İraqa gedəcək.

Van və Şırnak vilayətlərində yerləşən 600-ə yaxın yaraqlı 35 gün ərzində İraqda Kürd Administrasiyasına gedəcək.
Bununla yanaşı, Artvin və Ağrı vilayətlərindən olan 60 terrorçu isə Türkiyəni 60 gün ərzində tərk edərək İran ərazisindən İraqa keçəcəklər.

Son mərhələdə isə 400 PKK yaraqlısı Diyarbəkir və Ərzurum vilayətlərini 90 gün ərzində tərk edəcək. Onlar İraqın şimalında yerləşən Kürd Administrasiyasına gedəcəklər.

Xatırladaq ki, bir müddət əvvəl PKK-nın həbsdə olan lideri Abdulla Öcalan təşkilatın üzvlərini təslim olmağa və ölkənin ərazisini tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti