...

Elnur Aslanov: Azərbaycanın hərbçiləri NATO-nun aktiv sülhməramlılarına çevrilib (FOTO)

Siyasət Materials 4 Aprel 2013 10:57 (UTC +04:00)
Azərbaycan-NATO münasibətlərinin zəngin tarixi var. Azərbaycanın hərbçiləri NATO-nun aktiv sülhməramlılarına çevrilib. Bu illər ərzində Azərbaycan-NATO münasibətləri dinamik inkişaf edib və bu gün də NATO ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir.
Elnur Aslanov: Azərbaycanın hərbçiləri NATO-nun aktiv sülhməramlılarına çevrilib (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan-NATO münasibətlərinin zəngin tarixi var. Azərbaycanın hərbçiləri NATO-nun aktiv sülhməramlılarına çevrilib. Bu illər ərzində Azərbaycan-NATO münasibətləri dinamik inkişaf edib və bu gün də NATO ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Azərbaycan öz ordusunu NATO standartlarına uyğunlaşdırmaqda maraqlıdır. Bu yerdə təkcə bir faktı da qeyd edim ki, 2012 ilin yanvar-avqust aylarında Azərbaycan üzərindən Əfqanistandan 2200 yaralı və xəstə çıxarılıb".

Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin (NATO-nun Əlaqələndirici Səfirliyi) birgə təşkil etdiyi "Cənubi Qafqaz və onun ətrafinda geosiyasi vəziyyətin formalaşdirilmasinda NATO-nun rolu" mövzusunda keçirilən konfrasda çıxışı zamanı Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

Aslanov bildirib ki, həmçinin bu gün Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 70 faizini təşkil edir.

"Ümumdünya Davos Forunmunun hesabatlarına görə, rəqabətə davamlılıqda Azərbaycan dünyada 46-cı, MDB-də 1-ci yerdədir. Bu onu göstərir ki, iqtisadi inkişaf Azərbaycan xarici siyasətinin formalaşmasında mühüm rol oynayır. Bu gün Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib. Ancaq bununla belə, Azərbaycanın, bütövlükdə regionun inkişafına başlıca maneə törədən bir məsələ də var ki, bu da uzun müddətdən bəri həllini tapmayan Ermənistan- Azərbaycan münaqişəsidir. Dünya birliyinin, beynəlxalq təşkilatların Ermənistanın işğalçılığına birmənalı qiymət verməməsi, bu məsələdə susqunluq nümayiş etdirməsi münaqişənin hələ də həll olunmamasına gətirib çıxarıb. Bu isə bölgədə stabilliyin, təhlükəsizliyin təmin edilməsinə ciddi təhlükə yaradır. Ermənistanın işğalşılıq siyasəti bütövlükdə bu regionun inkişafında bir maneə, "xərcəng şişi" "rolunu" oynayır", Aslanov bildirib.

PA rəsmisinin sözlərinə görə, heç şübhəsiz ki, Azərbaycanın, o cümlədən bütövlükdə bu bölgənin inkişafında yeni enerji və nəqliyyat dəhlizlərinin reallaşdırdırılması çox mühüm məqamlardandır. Azərbaycan, eləcə də Gürcüstan bu məsələdə beynəlxalq qüvvələrlə sıx əməkdaşlıq etməkdədir.

"Ancaq işğalçı siyasəti və qeyri-konstruktiv mövqeyi üzündən Ermənistan özünü bu layihələrdən kənarda qoymaqdadır. Bununla belə, dövlətlərarası inteqrasıya məsələsi də mühüm faktorlardandır. Azərbaycan da bu məsələyə çox mühüm önəm verir. Ancaq yenə Ermənistan işğalçılıq siyasətindən əl çəkməyərək özünü bu inteqrasiya prosesindən də kənarda qoymaqdadır. Bununla yanaşı, Azərbaycan Cənubi Qafqazdakı digər qonşusu Gürcüstan ilə çox sıx dostluq və tərəfdaşlıq münasibətlərinə malikdir və bu münasibətlərin bundan sonra da davam etməsində maraqlıdır", Aslanov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti