...

Milli Demokratiya İnstitutu Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib

Siyasət Materials 4 Aprel 2013 11:46 (UTC +04:00)
Milli Demokratiya İnsitutunun (NDI) Bakı ofisi tərəfindən əldə olunan bütün vəsaitlər onun öz proqramlarını həyata keçirilməsi məqsədilə istifadə olunub. Trend-in məlumatına görə, bu barədə NDI-nin Azərbaycan KİV-lərinə göndərdiyi məktubda bildirilir.
Milli Demokratiya İnstitutu Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

Milli Demokratiya İnsitutunun (NDI) Bakı ofisi tərəfindən əldə olunan bütün vəsaitlərdən onun öz proqramlarını həyata keçirilməsi məqsədilə istifadə olunub. Trend-in məlumatına görə, bu barədə NDI-nin Azərbaycan KİV-ə göndərdiyi məktubda bildirilir.

"NDI Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Bu qeydiyyatla bağlı olaraq, NDI qanunvericiliyə uyğun şəkildə bütün maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim edib. NDI maliyyə məlumatlarının açıqlanması da daxil olmaqla, yerli qanunvericiliyə tam uyğun şəkildə fəaliyyət gostərir",- məktubda bildirilir.

"NDI və onun yerli tərəfdaşları vətəndaş cəmiyyətinin formalaşmasına, yollar, işıq, kommunal xidmətlər və parklar kimi yerli infrasturukturun yaxşılasmasında dioloqa kömək edir və vətəndaşlar üçün kitab klubları, sosial kampaniyalar, həmçinin ekoloji layihələrin keçirilməsində kömək edirdi"- məktubda qeyd olunur.

Bundan əvvəl Azərbaycanın baş prokuroru Zakir Qaralovun Milli Demokratiya İnstitutunun (NDI) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə əlaqədar ABŞ səfiri Riçard Morninqstara məktub ünvanlayıb.

Məktubda prokurorluq orqanlarının apardığı araşdırmalar nəticəsində NDİ-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən öz fəaliyyətinin həyata keçirilməsi zamanı "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Hüqüqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Qrant haqqında" Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın tələbləri pozulmaqla, 23.07.2012-ci il tarixə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində ofis və regional məlumat mərkəzlərinin müvafiq qaydada qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığı, hesabat dövrü başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verildiyi və nümayəndəliyin rəhbəri Alekseys Qriqoryevin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990,44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən nağd şəkildə məxaric olunduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti