...

Azərbaycan İranın notasına cavab verdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 Aprel 2013 16:29 (UTC +04:00)
Azərbaycan İrana etiraz notası təqdim edib.
Azərbaycan İranın notasına cavab verdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycan İrana etiraz notası təqdim edib. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

Abdullayev deyib ki, cavab notasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda "Çağdaş Güney Azərbaycanın sabahı" mövzusunda keçirilən konfransda səsləndirilən fikirlərin Azərbaycan dövlətinin mövqeyini əks etdirmədiyi qeyd olunub.

"Azərbaycan hər zaman bəyan etdiyi kimi, İranla ikitərəfli münasibətləri dostluq və qarşılıqlı anlaşma şəklində davam etdirir və bu münasibətlərin möhkəmləndirilməsi üzrə səyləri aparılır. Eyni zamanda, Azərbaycan İranla münasibətlərinə mehriban qonşuluq prizmasından baxır və Azərbaycan-İran münasibətlərinin bütövlükdə regionun inkişafına xidmət etdiyinə inanır", - cavab notasında deyilir.

Qeyd edək ki, İran Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təşkilatçılığı ilə martın 30-da Bakıda "Çağdaş Güney Azərbaycanın sabahı" mövzusunda konfransın keçirilməsinə etiraz olaraq Azərbaycana nota vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti