...

Azərbaycan İrandan özünə qarşı səmimi münasibət gözləyir

Siyasət Materials 4 Aprel 2013 16:52 (UTC +04:00)
"Biz, Azərbaycan Respublikası olaraq, İrana qarşı səmimi münasibət bəsləyirik və onlardan da həmin səmimiyyəti gözləyirik". Bu barədə Trend-ə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bildirib.
Azərbaycan İrandan özünə qarşı səmimi münasibət gözləyir

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

"Biz, Azərbaycan Respublikası olaraq, İrana qarşı səmimi münasibət bəsləyirik və onlardan da həmin səmimiyyəti gözləyirik". Bu barədə Trend-ə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bildirib.

SAM direktorunun sözlərinə görə, İranın hakimiyyət quruluşu belə ziddiyyətli bəyanatların verilməsinə şərait yaradır. Çünki İranda hakimiyyət bir neçə struktur arasında bölünüb və bu istiqamətdə daxili siyasi dividend qazanmaq üçün öz qonşularına qarşı sərt bəyanatlarla çıxış edirlər.

"Biz tərəfdən İrana qarşı hər hansı bir təhdid mümkün deyil, amma Azərbaycan Respublikası digər dövlətin öz daxili məsələlərinə qarışmasına imkan verməyəcək", - Məmmədov deyib.

Qeyd edək ki, İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyinin "Keyhan" media holdinqindəki nümayəndəsi, "Keyhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari (ETTELAAT rəhbərinin sabiq müavini) aprelin 3-də dərc etdirdiyi "Bakının növbəsi" adlı məqaləsində Azərbaycan Respublikasının İrana birləşdirilməsi üçün referendum keçirilməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti