...

Rəsmi Bakı Azərbaycan qanunvericiliyinə sayğısızlıq nümayiş etdirən QHT-lərin fəaliyyətinə imkan verməyəcək

Siyasət Materials 4 Aprel 2013 18:26 (UTC +04:00)
Azərbaycan qanunvericiliyinə sayğısızlıq nümayiş etdirən, qanunları pozan, qanunvericiliyin tələblərinə əməl etməyən QHT-lərlə Azərbaycan hakimiyyəti və Azərbaycanın bu sahə ilə bağlı olan digər qurumları əməkdaşlığı dayandıracaqlar.
Rəsmi Bakı Azərbaycan qanunvericiliyinə sayğısızlıq nümayiş etdirən QHT-lərin fəaliyyətinə imkan verməyəcək

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbirlər A.Axundov, M.Əliyev/

Azərbaycan qanunvericiliyinə sayğısızlıq nümayiş etdirən, qanunları pozan, qanunvericiliyin tələblərinə əməl etməyən QHT-lərlə Azərbaycan hakimiyyəti və Azərbaycanın bu sahə ilə bağlı olan digər qurumları əməkdaşlığı dayandıracaqlar. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Milli Demokratiya İnstitutu, digər xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanda fəaliyyətini tənzimləyən qanunlar var. Bu qanunlara əməl edəcəyi təqdirdə, bütün beynəlxalq qurumlara Azərbaycanda fəaliyyət göstərməsi üçün şərait yaradılacaq. Lakin Azərbaycan hakimiyyətinin iradəsi ondan ibarətdir ki, Azərbaycan qanunvericiliyinə sayğısızlıq nümayiş etdirən, qanunları pozan, qanunvericilik tələblərinə əməl etməyən QHT-lərlə Azərbaycan hakimiyyəti və Azərbaycanın bu sahə ilə bağlı olan digər qurumları əməkdaşlığı dayandıracaqlar və biz o qurumların Azərbaycanda fəaliyyətinə imkan verməyəcəyik", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti