...

Azərbaycanda milli televiziya filmlərinin istehsalına maliyyə yardımı göstərilib

Siyasət Materials 4 Aprel 2013 18:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycanda milli televiziya filmlərinin istehsalına maliyyə yardımı göstərilib

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 6 milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dövrdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin qorunması və təbliği mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda yerli televiziya kanallarının həmin istiqamətdə yayımladığı telefilmlər ölkənin ictimai-siyasi və mədəni həyatında gündən-günə daha böyük rol oynayır. Bununla əlaqədar Azərbaycan hökuməti milli kino istehsalına, o cümlədən telefilmlərin çəkilişinə diqqəti getdikcə artırır. 2011-ci ildə bu məqsədlə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılmış beş milyon manatlıq maliyyə vəsaiti günün aktual mövzularına həsr olunmuş telefilmlərin çəkilişinə təkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti