...

Elmar Məmmədyarov Rumıniya Prezidentinin müşaviri ilə görüşüb

Siyasət Materials 4 Aprel 2013 19:33 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Prezidentinin müşaviri Yulian Kifunu qəbul edib.
Elmar Məmmədyarov Rumıniya Prezidentinin müşaviri ilə görüşüb

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Prezidentinin müşaviri Yulian Kifunu qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq bildirilib. Həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin uğurla əməkdaşlıq etdiyi və bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı Avropa İttifaqı-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkə vətəndaşlarının sosial rifahının yüksəldiyini vurğulayıb.

Rumıniya Prezidentinin müşaviri Yulian Kifu ölkəmizdə gedən inkişafın tempindən təsirləndiyini bildirib.

Görüşdə, həmçinin regionda gedən proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti