...

Devid Kemeron: Böyük Britaniya KXDR və İran təhlükəsinin artması səbəbindən nüvə silahından imtina etməyəcək

Siyasət Materials 5 Aprel 2013 02:51 (UTC +04:00)
Böyük Britaniya KXDR və İran təhlükəsinin artması səbəbindən nüvə silahından imtina etməyəcək. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib.
Devid Kemeron: Böyük Britaniya KXDR və İran təhlükəsinin artması səbəbindən nüvə silahından imtina etməyəcək

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Böyük Britaniya KXDR və İran təhlükəsinin artması səbəbindən nüvə silahından imtina etməyəcək. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib.

"Nüvə silahı ilə dünyanı təhdid edən KXDR və atom bombası əldə etməyə çalışan İran tərəfindən təhdidlərin artması vəziyyətində ölkəni müdafiəsiz qoymaq ağılsızlıq olardı" - deyə Kemeron bildirib.

O, vurğulayıb ki, əgər KXDR-in raketləri ABŞ ərazisinə çata bilirsə, o zaman zərbə altında Böyük Britaniya da ola bilər.

Qeyd edək ki, Böyük Britaniyanın nüvə arsenalı Şotlandiyadakı bazanın sualtı qayıqlarında yerləşdirilib. Lakin 2016-cı ildə Edinburq referendum keçirməklə, krallıqdan ayrılmağı planlaşdırır. Əgər referendum müsbət nəticələnsə, Şotlandiya özünü nüvəsiz zona elan edəcək.

Xəbər lenti

Xəbər lenti