...

ABŞ-da humanitar təşkilatlar hökumətdən məhsul deyil, pul ayırmağı tələb edir

Siyasət Materials 5 Aprel 2013 04:41 (UTC +04:00)
ABŞ-da humanitar yardımla məşğul olan təşkilatlar hökumətdən xaricdə aclıqdan əziyyət çəkənlərə məhsul deyil, pul ayrılmasını tələb edirlər.
ABŞ-da humanitar təşkilatlar hökumətdən məhsul deyil, pul ayırmağı tələb edir

Azərbaycan, Bakı, 5 aprel /Trend/

ABŞ-da humanitar yardımla məşğul olan təşkilatlar hökumətdən xaricdə aclıqdan əziyyət çəkənlərə məhsul deyil, pul ayrılmasını tələb edirlər. Trend RBK-ya istinadən xəbər yayıb ki, Barak Obama administrasiyası büdcə layihəsinə belə bir tələbin salınması haqqında məlumatlarla bağlı açıqlama vermir.

Məlumatda bildirilir ki, aclıqdan əziyyət çəkən ölkələrə göndərilən humanitar yardımlar amerikalı fermer və malgöndərənlər üçün gəlir mənbəyidir. Lakin humanitar təşkilatlar bunun səmərəsiz olduğunu iddia edirlər.

Humanitar yardımla məşğul olan təşkilatların əsas tələbi ondan ibarətdir ki, yerli məhsulun alınması üçün aclıqdan əziyyət çəkən ölkələrə maliyyə yardımı edilsin.

Qeyd edək ki, artıq fermer və malgöndərənlər buna qarşı çıxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti