...

Azərbaycanın xaricdəki diplomatik korpuslarında yeni vəzifələr təsis edildi

Siyasət Materials 5 Aprel 2013 14:48 (UTC +04:00)
Qanun layihəsi barədə məlumatı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seydov məlumat verib.
Azərbaycanın xaricdəki diplomatik korpuslarında yeni vəzifələr təsis edildi

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xaricdəki diplomatik korpuslarında yeni vəzifələr təsis edildi.

Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında bununla bağlı "Diplomatik xidmət haqqında" qanuna dəyişikliklər edilib.

Qanun layihəsi barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Qanun layihəsində Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində səfir müavini vəzifəsinin yaradılmasını, səfir müavininin baş konsulun statusu ilə eyniləşdirilməsini nəzərdə tutur. Eyni zamanda, səfir müavini, daimi nümayndənin müavini və baş konsul təyin edilmiş şəxslər üçün xaricdə fasiləsiz iş müddəti 4 il müddətində müəyyənləşdirilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti