...

Partiya sədri: Rüstəm İbrahimbəyov Azərbaycana qarşı xüsusi ssenari ilə çıxış edir

Siyasət Materials 5 Aprel 2013 16:38 (UTC +04:00)
Ana Vətən Partiyasının sədri hesab edir ki, Rüstəm İbrahimbəyov Azərbaycana, onun dəyərlərinə, qazandığı uğurlara qarşı xüsusi ssenari ilə çıxış edir.
Partiya sədri: Rüstəm İbrahimbəyov Azərbaycana qarşı xüsusi ssenari ilə çıxış edir

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Ana Vətən Partiyasının sədri hesab edir ki, Rüstəm İbrahimbəyov Azərbaycana, onun dəyərlərinə, qazandığı uğurlara qarşı xüsusi ssenari ilə çıxış edir.

"O, Azərbaycanın ən çətin anlarında xalqının yanında olmayıb. Biz Rüstəm İbrahimbəyovu milli azadlıq hərəkatının ən qaynar dövründə görmədik, 20 yanvar qanlı hadisələrində etirazçılar arasında görmədik, Xocalı faciəsi ilə bağlı bütün Azərbaycan xalqının axıtdığı göz yaşları içərisində onun etiraz səsini eşitmədik", - bunu Trend-ə partiya sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Rüstəm İbrahimbəyov "Rosbalt" informasiya agentliyində dərc olunan müsahibəsini şərh edərkən deyib.

Millət vəkili Rüstəm İbrahimbəyovla Əkrəm Əylisli arasında paralel apararaq onların hər ikisinin eyni mərkəzdən idarə olunduğunu istisna etməyib.

"Bunu da istisna etmirəm. Birmənalı olaraq aydın olan odur ki, Rüstəm İbrahimbəyov intiqam hissi ilə fəaliyyətini qurur, daha çox Moskvanın, Rəsul Quliyevin sözçüsü kimi çıxış edir", - o deyib.

Ağamalı bildirib ki, İbrahimbəyov dünyaca məşhur sənətçidir və heç olmasa, özünün sənətçi olmağını göz önunə gətirərək ədalət, obyektivlik hissini itirməməlidir.

"O, rejissior, sənətçi kimi məhşur bir insandır, onun bu məşhurluğunu etiraf etməklə sadəcə olaraq demək istərdim ki, yetər, Rüstəm müəllim. Axı siz bütün bunlarla bütün əvvəlki illərdə öz sənətinizlə, əsərlərinizlə Azərbaycan xalqının içərisində qazandığınız məhəbbəti özünüz məhv edirsiniz", - deputat deyib.

Qeyd edək ki, Rüstəm İbrahimbəyovun "Rosbalt" informasiya agentliyində müsahibəsi dərc olunub. İbrahimbəyov müsahibədə SSRİ-nin dağılmasından təəssüfləndiyini bildirib. O, qeyd edib ki, ermənilər Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti