...

Azərbaycan və Türkiyə tarixçiləri ermənilərin həyata keçirdikləri soyqırımların tarixini araşdıracaqlar

Siyasət Materials 5 Aprel 2013 18:08 (UTC +04:00)
Azərbaycan və Türkiyə tarixçiləri uydurma "erməni soyqırımı"nın, Şimali və Cənubi Azərbaycan, Şərqi Anadolu torpaqlarında ermənilərin həyata keçirdikləri soyqırımların tarixinin araşdırılmasında elmi əməkdaşlıq edəcəklər.
Azərbaycan və Türkiyə tarixçiləri ermənilərin həyata keçirdikləri soyqırımların tarixini araşdıracaqlar

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan və Türkiyə tarixçiləri uydurma "erməni soyqırımı"nın, Şimali və Cənubi Azərbaycan, Şərqi Anadolu torpaqlarında ermənilərin həyata keçirdikləri soyqırımların tarixinin araşdırılmasında elmi əməkdaşlıq edəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, aprelin 5-də AMEA Tarix İnstitutu ilə Türkiyə Başbakanlıq Atatürk Kültür Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzi arasında elmi əməkdaşlıq protokolu imzalanıb.

Protokolu Azərbaycandan AMEA Tarix İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov, Türkiyədən Atatürk Araşdırma Mərkəzinin direktoru prof., Dr. Mehmet Ali Beyhan imzalayıb.

Protokolda ortaq tarixi və mədəni mirasımıza aid hər il ən az bir elmi toplantının keçirilməsi; uydurma "erməni soyqırımı"nın, Şimali və Cənubi Azərbaycan, Şərqi Anadolu torpaqlarında ermənilərin həyata keçirdikləri soyqırımların tarixinin araşdırılmasında elmi əməkdaşlıq edilməsi; xarici ölkələrin arxivlərindən toplanılan arxiv sənədləri əsasında ortaq elmi nəşrlərin yazılması; bəhs edilən nəşrlərin dünya dillərinə çevrilərək məsələnin dünyanın aparıcı ölkələrinin parlamentlərinə göndərilməsində əməkdaşlıq; hər iki ölkə arasında qarşılıqlı surətdə arxiv sənədlərinin mübadiləsi; tarixi türk dövlətləri, abidələri, şəxsiyyətləri, elm adamları haqqında birgə araşdırmaların aparılması nəzərdə tutulur.

Birgə aparılan araşdırmaların nəticəsi olaraq ortaq türk tarixinin yazılması üçün hazırlıq işləri görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti