...

Saakaşvili Türkiyəyə işgüzar səfərə yola düşüb

Siyasət Materials 6 Aprel 2013 17:20 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili şənbə günü Türkiyəyə işgüzar səfərə yola düşüb.
Saakaşvili Türkiyəyə işgüzar səfərə yola düşüb

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Gürcüstan prezidenti Mixail Saakaşvili şənbə günü Türkiyəyə işgüzar səfərə yola düşüb. Prezident Administrasiyasından Trend-ə verilən xəbərə görə, səfər zamanı Saakaşvili Çankaya köşkündə Türkiyənin dövlət başçısı Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Səfər çərçivəsində Gürcüstan liderinin gürcü mənşəli Türkiyə vətəndaşları ilə də görüşü nəzərdə tutulub.
Mixail Saakaşvilinin səfəri aprelin 8-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti