...

Türkiyə XİN: Əsədin Türkiyə və İsrail arasında paktın imzalanması haqqında bəyanatı əsassızdır

Siyasət Materials 7 Aprel 2013 10:28 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bəşər Əsədin Türkiyə və İsrail arasında Suriyaya qarşı birgə fəaliyyət haqqında paktın imzalanması haqqında bəyanatını tənqid edib.
Türkiyə XİN: Əsədin Türkiyə və İsrail arasında paktın imzalanması haqqında bəyanatı əsassızdır

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bəşər Əsədin Türkiyə və İsrail arasında Suriyaya qarşı birgə fəaliyyət haqqında paktın imzalanması haqqında bəyanatını tənqid edib.

Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, Davudoğlu vurğulayıb ki, Türkiyə ilə İsrail arasında Suriyaya qarşı hər hansı razılaşmanın olması haqqında fikirlərin əsası yoxdur.

"Türkiyə heç vaxt qonşularına qarşı nə İsraillə, nə digər ölkələrlə danışıqlar aparmayıb" - deyə o, əlavə edib.

Qeyd edək ki, bu yaxınlarda müsahibə vermiş Bəşər Əsəd Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı "Suriyanı məhv etmək" məqsədilə İsraillə əməkdaşlıq etməkdə ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti