...

İran Böyük Britaniyanın nüvə arsenalını modernləşdirmək niyyətini tənqid edib

Siyasət Materials 7 Aprel 2013 12:19 (UTC +04:00)
İran Böyük Britaniyanın nüvə arsenalını modernləşdirmək niyyətini tənqid edib. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili deyib.
İran Böyük Britaniyanın nüvə arsenalını modernləşdirmək niyyətini tənqid edib

Azərbaycan, Bakı, 7 aprel /Trend/

İran Böyük Britaniyanın nüvə arsenalını modernləşdirmək niyyətini tənqid edib. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili deyib.

"İranın mövqeyi ondan ibarətdir ki, heç bir dövlət nüvə silahına sahib olmamalıdır. Eyni zamanda, nüvə silahlarının yayılmaması haqqında danışıq müqaviləsini imzalamış ölkələr atom nüvəsindən dinc məqsədlər üçün istifadə edə bilər" - deyə Cəlili bildirib.

Qeyd edək ki, tənqidin səbəbi Böyük Britaniyanın baş naziri Devid Kemeronun nüvə başlıqlı raketlərin modernləşdirilməsi haqqında açıqlaması olub.

Xəbər lenti

Xəbər lenti