...

Mixail Saakaşvili: NATO-ya gedən yol Türkiyə ilə dostluq və qardaşlıq əlaqələrinin qurulmasından keçir

Siyasət Materials 7 Aprel 2013 17:21 (UTC +04:00)
NATO-ya gedən yol Türkiyə ilə dostluq və qardaşlıq əlaqələrinin qurulmasından keçir. Trend-in məlumatına görə, bunu Gürcüstanın prezidenti Mixail Saakaşvili Türkiyənin Bursa vilayətində gürcü mənşəli yerli əhali ilə keçirdiyi görüş zamanı deyib.
Mixail Saakaşvili: NATO-ya gedən yol Türkiyə ilə dostluq və qardaşlıq əlaqələrinin qurulmasından keçir

Azərbaycan, Bakı, 7 aprel /Trend/

NATO-ya gedən yol Türkiyə ilə dostluq və qardaşlıq əlaqələrinin qurulmasından keçir. Trend-in məlumatına görə, bunu Gürcüstanın prezidenti Mixail Saakaşvili Türkiyənin Bursa vilayətində gürcü mənşəli yerli əhali ilə keçirdiyi görüş zamanı deyib.

"Bu gün siz ölkələrimiz arasında körpü rolunu oynayırsınız. Siz Gürcüstan üçün Avropaya açılan pəncərəsiniz. NATO-ya gedən yol Türkiyə ilə dostluq və qardaşlıq əlaqələrinin qurulmasından keçir. Siz yalnız Türkiyənin vətəndaşları deyilsiniz, siz eyni zamanda, Türkiyənin müvəffəqiyyətli vətəndaşlarısınız" - deyə Saakaşvili bildirib.

Gürcüstan prezidenti vurğulayıb ki, Rusiya imperiyası bizim aramıza nifaq salmışdı.

"Amma burada abxazlar və gürcülər birgə yaşayırlar. Demək ki, abxazların və gürcülərin qardaşlıq həyatı ola bilər" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti