...

KXDR raket sınaqları keçirməyə hazırlaşır

Siyasət Materials 7 Aprel 2013 18:23 (UTC +04:00)
KXDR raket sınaqları keçirməyə hazırlaşır. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Cənubi Koreyanın təhlükəsizlik xidmətinin rəhbəri Kim Yanq Su deyib.
KXDR raket sınaqları keçirməyə hazırlaşır

Azərbaycan, Bakı, 7 aprel /Trend/

KXDR raket sınaqları keçirməyə hazırlaşır. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Cənubi Koreyanın təhlükəsizlik xidmətinin rəhbəri Kim Yanq Su deyib.

Məlumatda deyilir ki, keçiriləcək sınaqlarda 3 min kilometr uzaqlıqdakı hədəfi məhv etməyə qadir olan "Musudan" raketlərindən istifadə oluna bilər.

Ekspertlərin fikrincə, bu raketlər Cənubi Koreyada, Yaponiyada, Quam adasında, həmçinin, Rusiya və Çində yerləşən obyektləri məhv etmək gücündədir.

Bir müddət öncə KXDR rəhbərliyi diplomatik nümayəndələrinə ABŞ-la olan gərgin münasibətlərinə görə, səfirliyi tərk etmək barədə göstəriş verib.

Qeyd edək ki, Cənubi Koreya ABŞ-la birgə hərbi təlimlər keçirir.

Xəbər lenti

Xəbər lenti